📌 Elan kodunu (№8028)
📍 Rayon: Nəsimi
🏠 Ünvan: Tərlan Əliyarbəyov küçəsi,(ABB-nin baş ofisinin yanı)
📐 Sahə: 120 kv/m
📊 Mərtəbə: 2 mərtəbəli ayrı tikili
🛋️ Otaq sayı: 3
📝 Qeydlər: Tarqovunun tam mərkəzində yerləşən, tam təmirli və tam əşyalı anti-kafe/kafe icarəyə verilir. Obyekt fəaliyyətə tam hazır vəziyyətdədir və yeni icarəçi heç bir əlavə xərc çəkmədən dərhal biznesə başlaya bilər. Məkanda 2 ayrıca kabinet, geniş ümumi zal, mətbəx və sanitar qovşaq mövcuddur. Kabinetlər yüksək komfortla təchiz olunub, hər birində rahat divanlar, puflar, jurnal masaları və oyunların saxlanılması üçün xüsusi bölmələr yerləşdirilib. Kabinetlərdən birində böyük televizor, digərində isə yeni proyektor quraşdırılıb. Obyektdə müxtəlif stolüstü oyunlar, karaoke sistemi, şirniyyat təqdimatı üçün lazım olan bütün avadanlıqlar, dekorativ işıqlandırmalar, əl işi portretlər və xüsusi dizayn elementləri mövcuddur. Ümumi zal müştərilərin rahat istifadəsi üçün tam şəkildə hazırlanıb. Qaz, su, işıq və daimi internetlə təmin olunan bu məkan anti-kafe, karaoke məkanı, kabinet sistemi və ya digər konseptlər üzrə fəaliyyət göstərmək istəyənlər üçün əla fürsətdir.
📑 Sənəd: Kupça Qeyri yaşayış
💵 Aylıq icarə: 1100
💼 Ofis haqqı: 30%.
📞 Ətraflı məlumat üçün whatsappa yaza və ya zəng edə bilərsiniz!