Satılır 7 otaqlı həyət evi/bağ evi 450 m², Saray q.
Satışa təqdim olunur – Möhkəm təməl üzərində inşa edilmiş 3 mərtəbəli fərdi yaşayış evi
4 sot torpaq sahəsində yerləşən, hər mərtəbəsi təxminən 150 m² olmaqla ümumi sahəsi 450 m²-dən çox olan bu möhtəşəm villa keyfiyyət və komfortu bir araya gətirir. Evin təməli xüsusi olaraq katokla bərkidilmiş, 60x60 beton təməl üzərində qurulmuş, tikintidə 24 və 26 mm armaturdan, həmçinin bütün mərtəbələrarası və dam hissəsində monolit betondan istifadə edilmişdir.
1-ci mərtəbədə geniş qaraj, böyük qonaq otağı və kommunikasiya sistemləri üçün ayrıca texniki otaq yerləşir. 2-ci mərtəbə qonaq qəbuluna uyğun geniş yaşayış sahələri ilə layihələndirilib. 3-cü mərtəbədə isə 4 yataq otağı mövcuddur ki, onlardan 3-ü şəxsi sanuzellə təmin olunub. Bundan əlavə, 2-ci və 3-cü mərtəbələrdə ümumi sanuzellər nəzərdə tutulub.
Evin arxa hissəsinə rahat keçid yolu, geniş planlaşdırma və yüksək keyfiyyətli konstruksiya bu əmlakı həm yaşayış, həm də investisiya baxımından ideal seçimə çevirir.
Möhkəm tikili, geniş sahə və rahat layihələndirmə axtaranlar üçün əla fürsət!
QRYD: MƏNZIL TƏCİLİ SATILDIĞI ÜÇÜN TİKİNTİ ÜÇÜN XƏRCLƏNƏN VƏSAİTDƏN QAT-QAT AŞAĞI SATILIR. REAL ALICIYA GÖZƏL ENDİRİM OLUNACAQ