Şərifzadə prospektində, İnşaatçılar metrosunun düz yaxınlığında (piyada 2 dəqiqəlik məsafədə), "Javahir Residence" kompleksində 3 otaqlı mənzil kirayə verilir. Yeni tikilidir, 17 mərtəbəli binanın 17-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 90 kvadratdır.
Mənzildə rahat yaşamaq üçün hər bir şərait var. Tam təmirlidir və lazım olan bütün mebellərlə, avadanlıqlarla təmin olunub. İşıq, su, qaz daimidir, istilik sistemi tam işlək vəziyyətdədir. Binanın ətrafında tam inkişaf etmiş infrastruktur mövcuddur – marketlər, iaşə obyektləri və s. hamısı əlinizin altındadır.
Uzunmüddətli qalmaq üçün əla variantdır. Ətraflı məlumat və mənzilə baxış keçirmək üçün əlaqə saxlaya bilərsiniz.